Cəmiyyət manset

Azərbaycanda yüksək vəzifəli məmur qardaşların qohumu da, sevgilisi də yasaq sevgi qurbanı olub

Sharing is caring!

Nigahdan kənar eşq məcarası yaşayan gənc öz istəklərinə həyatlarını peşkəş veriblər. Biri intihar edib, o biri isə intiharın cəzasını çəkə bilər. Biri cismani ölüdürsə, digəri hər gün mənən ölür. Söhbət cəmi iki aylıq sevgi yaşayan Bakı sakini Elnarə Əzizzadə və onun mərhum sevgilisi Bəxtiyar Həsənovdan gedir. İddia edirlər ki, B.Həsənov sevgilisinin təzyiqi ilə intihar edib, Elnarə isə onun atdığı addımın acısını yaşayır. Özünü isə sevgilisinin ölümündə günahkar saymır, prokurorluq isə…
E.Əzizzadə Criminal.az saytının əməkdaşı ilə söhbətə ilk olaraq sevgisindən yox, başına gətirilən müsibətdən söz açmaqla başlayır:”Günahsız olduğum halda cinayət məsuliyyətinə cəlb olunmuşam. Bu Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən Barat Həsənovun və Şamaxı rayon Poçt İdarəsinin müdiri Tağı Həsənovun sifarişi ilə həyata keçrilib. 4 aya yaxın həbsxana həyatı yaşadım, hazırda ev dustağıyam. Haqsızlıqdan xəstəliklər tapmışam və özümü öldürmək həddinə çatmışam”.
 
Elnarə Əzizzadə 
E.Əzizzadə bildirib ki, həbs olunmasına və ağır duruma düşməsinə səbəb təxminən 4 ay münasibətdə olduğu Bəxtiyar Həsənzadənin intihar etməsi olub. Onun sözlərinə görə Bəxtiyar Həsənzadə ondan ayrıldıqdan təxminən 3 ay sonra özünü asaraq intihar etsə də, istintaq heç bir əsas olmadan onu günahkar çıxarmağa cəhd edir.
“Tamamilə yalan olan iddianı sübut edəcək heç bir fakt olmadığından, əsas kimi sadəcə Bəxtiyar Həsənzadənin ailəsinin, həyat yoldaşının ifadələrinə istinad edilir. Bir qadının qısqanclıqdan doğaraq söylədiyi fikirlərə əsalanaraq başqa bir qadının həyatını məhv etmək istəyirlər. Kasib bir ailədənəm, arxa-dayağının olmadığını görən istintaq Bəxtiyarın xanımının istəyi, Barat Həsənovun və Tağı Həsənovun sifarişi əsasında günahsız olmasına baxmayaraq, məni həbs etməyə çalışırlar” – deyə bildirən E.Əzizzadə istintaqın sifariş yerinə yetirdiyini, Şamaxı rayon prokuroru Müşfiq Səfərovun heç bir sübut olmadığı halda onu cinayətkar çıxarmağa çalışdığını iddia edir.
E.Əzizzadə bildirib ki, Bəxtiyar Həsənzadə ilə təxminən 2017-c il avqust ayında tanış olub: “Bu tanışlığımız təxminən 2 aylıq müddətə dostluq münasibətində oldu. Sonralar yəni, təxminən oktyabr və noyabr aylarında bizim aramızda sevgi münasibətləri yarandı. Ancaq bu da təxminən 2 ay davam etdi. Onun evli olduğunu bildikdə ayrıldıq. O, mənə subay olduğunu bildirmişdi. Ona görə də bu münasibətimizi normal qəbul edirdim. Ancaq 2018-ci ilin dekabrın axırlarında Bəxtiyarın həyat yoldaşı mobil telefonuma “votsap” mesajı yazaraq, onunla aramda hansı münasibətin olduğunu soruşdü. Təbii ki, mən də cavabında heç nə demədim, bu barədə ərindən məlumat almasının düzgün olduğunu bildirdim. Ancaq bundan sonra bildim ki, Bəxtiyar evlidir və bu səbəbdən də, 2018-cu ilin yanvarın 2-də onunla münasibətimizə son qoydum”.
Şikayətçinin sözlərinə görə, arvadı onu arayana qədər Bəxiyarın evli olduğunu bilməyib: “Bəxtiyar mənlə tanış olandan təxminən bir ay sonra avtoqəza keçirərək ağır xəsarət almış, “omba” hissəsi sınmış və həmin yerini əməliyyat edərək mil yerləşdirilmişdir. Bəxtiyar müalicə aldığı müddətdə daimi ona qayğı göstərərək çox vaxtdı yatdığı xəstaxanıya yanına gedirdim. Ancaq o zaman da mənə evli olduğunu hiss etdirməmişdi.”
E.Əzizzadə qeyd edib ki, B.Həsənzadədən ayrıldıqlarıdan sonra onlar arasındakı sevgi münasibətləri də həmin dövrdən başa çatıb: “Bəxtiyar əlamətdar günlərdə, 2018-ci il 14 fevralda, 8 mart və Novruz bayramı günü mobil telefonuma zəng edərək, məni təbrik edib. Ayrıldığımız 02 yanvar 2018-ci il tarixdən mən onunla görüşməmişəm. 27 mart 2018-ci tarixdə isə Bəxtiyar Həsənzadə intihar edib…”.
 Elnarə Əzizzadə
“İstintaq məni Bəxtiyarı özümdən asılı etməkdə günahlandırır, onun da intiharını bununla bağlamağa cəhd edir. Bu isə absurddur. Buna nə aramızdakı münasibət, nə də mənim imkanlarım yol verir. Guya Bəxtiyarla münasibətlərini sosial şəbəkələr vasitəsilə ictimailəşdirərək, ailəsini xəbərdar etməklə onu özündən asılı etməsinə dair istintaqın iddiaıarının da heç bir əsası yoxdur. Mən niyə onu və özümü biabır edərdim? Bəxtiyarın arvadı münasibətlərimizdən xəbərdar olduqdan sonra da onların ər-arvad münasibətləri davam edib. Nigahlarının pozulması isdiqamətində heç bir hal baş verməyib. Yəni, xanımı bizim aramızda münasibətinin olduğunu bildiyi halda, mən Bəxtiyarın bu haqda onun ailəsinə məlumat verməklə necə təhdid edə bilərdim? İstintaq sadəcə Bəxtiyarın arvadının ifadəsinə görə bu cür əsassız qənaətə gəlib.
Güya mən Bəxtiyarın sosial şəbəkələrində (Facebook və WhatsApp) adına qeydiyyatdan keçrilmiş səhifələrə giriş kodlarını ələ keçirib yenisi ilə əvəz etmişəm. Sonra Bəxtiyar və onun ailə üzvlərinə məxsus məlumatları yaymaqla amansız rəftar etməklə birlikdə çəkdirdiyimiz şəkilləri paylaşmaqla ailə münasibətlərinin pozulmasına səbəb olmağa çalışmışam. Həmçinin Bəxtiyarın arvadı Həsənzadə Sevdaya “Bəxtiyar ya mənim olacaq ya da, qara torpağın” məzmunlu mesajlar yazaraq, barəsində olan rüsvayedici məlumatları yayacağım ilə hədə-qorxu gəlməklə Bəxtiyarı ölüm həddinə çatdırmışam. Bunlar da tamimilə uydurmadır. Nə mənim belə bir mesajım var, nə də kiməsə hədə-qorxu gəlmək gücüm. Mənə bu ittihamın verlməsinə əsas Bəxtiyarın həyat yoldaşının qısqanclıq hissi ilə vermilmiş ifadəsi olmuşdur. Əgər doğurdanda belə bir təhdid olubsa, nə səbəbdən mərhumun özü və arvadı hədə-qorxuya məruz qalan zaman yəni, təxminən 2017-ci ilin dekabrın axırlarından Bəxtiyar intihar edən günə qədər (27.03.2018) heç bir hüquq-mühafizə orqanlarına müraciət etməyiblər? Deməli bu iddia yalandır”-deyə E.Əzizzadə vurğulayıb.
E.Əzəzzadə deyir ki, digər bir iddia kimi isə, guya mərhumun “facebook” profilini ələ keçirərək ailə şəkillərini yaymaqla hədələməyi göstərilir; “Bu da absurddur. Hər kəs “facebook” səhifəsində özünün və ailə üzvlərinin şəkilllərini paylaşırlar. Hamıya məlum olan ailə foto şəkillərlə insanı necə rüsvay etməklə təhdid etmək, ölüm həddinə çatdırmaq olar? Mən kiməm ki, Bəxtiyara və ailəsinə “hücum” çəkib evli və iki uşağı olan kişidən ərim olmağını tələb edim? Ortada sübut olmadığı halda bu cür mülahizələrlə mənə özünü öldürmə həddinə çatdırma maddəsi ilə ittihamının verilməsi tam qanunsuzdur”.
E.Əzizzadə bildirir ki, istintaq Bəxtiyarın ailəsinin sifarişi ilə onu həbs etmək üçün ən ağlasığmaz ittihamlar verib: “Evimdən çıxan ümumi uzunluğu 600 mm olan metal boru soyuq silah kimi qeydə alan istintaq mənə Cinayət Məcəlləsinnin 228.4-cü maddəsi ilə ittiham verib. Halbuki göstərilən predmet soyuq silah hesab edilmir, həmin predmet mənzildə olub və ondan hər hansı məqsəd üçün istifadə etməmişəm. Müstəntiq ilə əvvəlki vəkilim əlbir olaraq, məni aldadıb ifadəmə yazıblar ki, güya mən həmin dəyinəyi avtomobilimdə gəzdirmişəm və sonra yaşadığım mənzilə qoymuşam”.
İstintaq E.Əzizzadəyə Cinayət Məcəlləsinin 125, 177.2.3, 182.2.4, 228.4 və 243.1-ci maddələri ilə də ittiham elan edilb. Sonradan verilmiş ittiham təsdiqini tapmadığı üçün digər maddələr ittihamdan çıxarılıb və yekun olaraq CM-nin 125 və 228.4-cü maddələri saxlanılıb. “Bəxtiyar Həsənzadə intihar etməmişdən əvvəl özünü öldürməyini səbəbini əks etdirən heç bir yazı buraxmayıb. Ancaq onun bəzi problemləri vardı…Ruhunu incitməmək üçün mətbuata açıqlamaq istəmirəm” – E.Əzizzadə deyir.
“Haqsızlığa məruz qalmağıma səbəb Bəxtiyar Həsənzadənin Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən doğma əmisi Barat Həsənovun və digər əmisi Şamaxı rayon Poçt İdarəsinin müdiri Tağı Həsənovun sifarişidir. Həbs edilməyimlə bağlı sifarişi icra edən prokuror Müşfiq Səfərov və sifarişçilər Barat Həsənov və Tağı Həsənov barələrində tədbir görülməsi, eyni zaman da pozulmuş hüquqlarımın bərpa edilməsini istəyirəm. Əvvəlki vəkilim də Barat Həsənov tərəfindən satın alındığından onun əleyhinə fəaliyyət göstərib”.
Şikayətçinin vəkili Adəm Məmmədov bildirir ki, E.Əzizzadəyə qarşı irəli sürülmüş ölüm həddinə çatdırma ittihamı qondarma ittihamdır. Vəkilin fikrincə, bu daha çox sifarişli ittihama oxşayır:
“Verilən ittihamdan belə çıxır ki ki, güya Elnarə xanım mərhumla amansız rəftar edibdi. Çünki həmin maddə də göstərilir ki, amansız rəftar etmə, hədə-qorxu gəlmə. Ancaq amansız rəftar etməni etifa edən heç bir fakt göstərilməyib. Hansısa yazışma, mesaj, votsap vasitəsilə yazışması qeydə alınmayıb. Elnarə xanım mərhumla təxminən bir ay dostluq münasibətində olub. Bir aydan sonra mərhum Bəxtiyar Həsənzadə avtoqəza keçirib. Bu qəzadan sonra Elnarə xanım müalicəsi zamanı onun yanına gedib, ona qayğı göstərib və aralarında sevgi yaranıb. Qısa müddət davam edib və onlar ayrılıblar. Onlar ayrıldıqdan 3 ay sonra Bəxtiyar özünü asaraq intighar etdiyindən, burada Elnarə xanımı hər hansı şəkildə ittiham etmək üçün əsas belə yoxdur. Bəxtiyar Şamaxıda öz əmisinin mənzilində intihar edib. 3 ay bir-birilə görüşmədiyi halda onun Elnarə xanımdan hansı asılılığı ola bilər? Hesab edirəm ki, mərhumun qohumlarının təsiri ilə Elnarə xanımı həbs etmək üçün uydurma ittihamlar irəli sürülüb. Burda mərhumun qohumlarının vəzifəli şəxs olması da rol oynayıb, onlar istintaqa kifayət qədər təziq və təsir göstərib”.
Adəm Məmmədov
A.Məmmədovun sözlərinə görə, E.Əzəzzadəyə verilmiş qanunsuz soyuq silahı gəzdirmə ittihamı da saxtadır: “Elnarə xanım mənzilində tapılan və adını soyuq silah qoyduqları dəmir borunu adi bir suvener kimi yanaşmaqla, bunun nə olduğu və mövcudluğu bilməyib. Evində dolabda saxlayıb. Ancaq məndən qabağki müdafiəçinin iştirakı ilə prokurorluq buna bildirib ki, ifadəndə yaz ki, guya avtomobilində özünü müdafiə üçün gəzdirib. Ekspertdən də rəy alınıb ki, guya bu soyuq silahdır kustar üsuluyla hazırlanmış. Ancaq dəmir çanaqlı boru soyuq silah statusu daşıya bilməz.
“Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci Qanunun 2-ci maddəsinin 6-cı bəndinə görə soyuq silah-konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; Hazırda Respublikada Cinayət Məcəlləsinin həmin maddəsində qeyd olunan soyuq silahın dairəsinin müəyyən edilməsi üçün izahat mütəxəssislər soyuq silah kimi alətlərin kateqoriyasını müəyyən edəcək tövsiyyələr vermişlər. Həmin tövsiyyələrə əsasən soyuq silah aşağıdakılar hesab olunur: soyuq tiyəli silahlar-xəncərlər, döyüş, milli, ov bıçaqlar, süngərlər, qılınclar, beybutlar və sair kəsici, deşici və ya qarışıq təyinatlı silahlar-nizə, döyüş baltası və s., eləcədə zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunçaqlar gürzlər və.s. aid edilir. Soyuq silah hesab edilən alətlər sertifikalşdırılır.
A.Məmmədov hesab edir ki, əgər meyit müayinə olunsaydı, istintaq birbaşa istiqamətini bilərdi: “Elnarə xanım vəsatət verəndən sonra artıq meyitin ekskumasiya olunması ilə bağlı məhkəmə qərar qəbul edib. Bu yaxınlarda qərar icra olunacaq . İntihardan 2 ilə yaxın vaxt keçib, bunu istintaq vaxtında etməliydi. Dərhal isti-isti müəyyən etməliydi ki, bunun qarnında nə olub, ölümün səbəbi nədir. Bəlkə bunu başqa formada öldürüblər, bəlkə təziq ediblər, bəlkə boğublar?! Bu tam bilinməliydi vaxtında.. Bunu vaxtında etməyib, gəlib hardasa bir zəif xanıma təziq göstərilir”.
Prokuror Müşfiq Səfərov
Vəkil Şamaxı rayon prokurluğunun qərəzli olduğunu əsas gətirərək işə orada baxılmasını istəmir: “Məhrumun qohumları qeyri-rəsmi bildirilər ki, rayona onlar rəhbərlik edirlər. Həqiqətin obyektivliyi üçün işin digər rayonlardan birində araşdırılmasını istərdik. Elə rayona verilsin ki, bu şəxslər ora təziq edə bilməsinlər. Elnarə xanımı oğurluq etməkdə də günahlandırıblar. Guya soyuq silahla hədə-qorxu gəlib, 10-15 min manat pulunu ələ keçirib, eyni zamanda guya hansısa bir qadını fahişəliyə cəlb edib. Barəsində 3 ay 20 gün həbs-qətiimkan tədbiri seçilib. Bu istintaqın, prokurorluğun allahsızlığından başqa başqa bir şey deyil. Müşfiq Səfərov prokuror kimi insanların qayğısına qalmaqdansa, insanların həyat və sağlamlığına, istirab verməsinə şərait yaradan bir prokurordur. Bir prokuror kimi rayonda böyük bir nəsillərin bir-birinə gərginlik yaratması istintaqı obtektiv aparmasındansa daha da böyük gərginlik yaradıb”.
Məsələ ilə bağlı Şamaxı rayon prokuroru M.Səfərovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Lakin prokuror köməkçisi Fərid Əmirov Criminal.az saytına bildirdi ki, hadisə ilə bağlı yalnız Baş Prokurorluğun icazəsi ilə açıqlama verə bilərlər. Əks halda onlara məlumat vermək yasaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir