Cəmiyyət

Tağı Əhmədovdan sələmə iki milyon manat aldığını deyən şəxsin cəzası azaldılıb

Sharing is caring!

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilovun barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Bu barədə APA-ya ittiham olunan şəxsin vəkili Hafiz Ələsgərov xəbər verib.

Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Səadət Xəlilovun həbs müddətini bir il azaldaraq səkkiz ilə endirib.

Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin iki milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.

Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov iki milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək doqquz il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir