Cəmiyyət

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib – FOTO

Sharing is caring!

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev kursu müvəffəqiyyətlə bitirən iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kursu bitirən məzunlara diplom və döş nişanları təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir