Cəmiyyət

Qatar yolu keçmək istəyən şəxsi vuraraq öldürdü

Sharing is caring!

Ucarda ölümlə nəticələnən qəza olub.

Oxu.Az xəbər verir ki, bu gün qatar dəmir yolunu keçməyə çalıan piyadanı vurub.

Məsələ barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, hadisə bu gün saat 11:35 radələrində dəmir yolunun Ucar-Müsüslü mənzilində ölümlə nəticələnən  hadisə baş verib.

Belə ki, qatar Ucar-Müsüslü mənzilinin 236-cı kilometrində hərəkətdə olarkən Göyçayın Bığırlı kənd sakini 1977-ci il təvəllüdlü Akif İbrahimov  dəmir yolunu keçməyə cəhd göstərib:

“Maşinist təcili tormazlama aparsa da hadisə qaçılmaz olub və nəticədə qatar Akif İbrahimovu vurub. O hadisə yerində dünyasını dəyişib. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib,  aidiyyəti üzrə araşdırma aparılır”

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir