Cəmiyyət

Üzərinə qaynar su tökülən Cansunun vəziyyəti pisləşib – FOTO

Sharing is caring!

Zaqatalada yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Belə ki, aprel ayında iki yaşlı Cansunun üzərinə qaynar su ilə dolu vedrə aşıb.

Atası Əli Qanzayev bildirir ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Evdə paltaryuyan maşın suyu yaxşı isitmədiyi üçün vedrə ilə suyu qızdırıb içinə tökürük. Həyat yoldaşım suyu qaynatdıqdan sonra yerə qoyub və otaqdan çıxıb. Bu zaman qızım əlini vedrəyə salıb. Əlinin yandığını hiss etdikdə dərhal vedrədən çıxarmaq istəyib, lakin bu zaman köynəyi vedrənin kənarına ilişib və yıxılıb. Qaynar su ilə dolu vedrə onun üzərinə aşıb. Qarnı, ayaqları, əlləri yanıb. Hadisə iki ay əvvəl baş verib. 5 nömrəli Şəhər Kliniki Xəstəxanasında müalicə aldıq. Pulumuz bitdikdən sonra isə məcbur oranı tərk etdik. Uşağın yarasına infeksiya düşüb. Vəziyyəti gündən-günə ağırlaşır. Özüm fəhlə işlədiyim üçün övladımı müalicə etdirməkdə çətinlik çəkirəm. İmkanı olan şəxslərdən mənə yardım göstərmələrini xahiş edirəm. Qızımı itirməyə imkan verməyin. Müalicə üçün cəmi 800 manat lazımdır”.

Əlaqə nömrəsi: 050 703 81 84 (atası)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir