Cəmiyyət

Mərkəzi Bankdan valyuta əməliyyatları ilə bağlı AÇIQLAMA

Sharing is caring!

Bakı Banklararası Valyuta Birjasının ləğv olunması qərarının Azərbaycanda banklararası valyuta əməliyyatlarının aparılmasına heç bir təsiri yoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) “Report”un sorğusuna cavab olaraq bildirilib.

AMB qeyd edib ki, 2011-ci ildən etibarən ölkədə banklararası valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən müəyyən edilmiş vahid ticarət platforması vasitəsilə həyata keçirilir.

“1993-cü il iyunun 21-də qapalı səhmdar cəmiyyət formasında yaradılmış birjanın fəaliyyətinin predmeti yerli banklar arasında valyuta əməliyyatlarının aparılması üçün şərait yaradılmasına dəstək göstərilməsi olub. 2014-cü ildə Birja vergi orqanına müraciət edərək əməliyyatların həcminin az olması və gəlirlərinin xərclərini ödəməməsi səbəbindən ticarət fəaliyyətini könüllü şəkildə dayandırdığından qeyd olunan tarixdən etibarən faktiki olaraq Birjada heç bir ticarət əməliyyatı aparılmayıb.

Məlum olub ki, elə bu səbəbdən səhmdarların növbədənkənar ümumi yığıncağı Birjanın ləğv olunması qərarına gəlib”, – açıqlamada deyilir.

Mərkəzi Bank xatırladıb ki, Birja ilə 2000-ci ildə təsis edilmiş və fəaliyyət predmeti ölkədə qiymətli kağızlar üzrə kütləvi ticarətin təşkili olan Bakı Fond Birjası (BFB) ilə səhv salınmamalıdır: “BFB fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. BFB dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini təşkil edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir