Cəmiyyət

Metro stansiyalarında sıxlıq qarışıqlığa səbəb oldu – VİDEO

Sharing is caring!

“Bakı Metropoliteni”  stansiyalarında sıxlıq müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bir sıra metrostansiyalarda yaranan sərnişin çoxluğu onların hərəkətinə mane olub.

Eləcə də, axşam saatlarında “Sahil”  metrosunda eskalatorların fəaliyyəti dayanıb, bu da stansiyada qarışıqlığa səbəb olub.

Sahil metrosunda eskalatorların işləməməsi ilə bağlı iddialara cavan olaraq “Bakı Metropoliteni” QSC-nin mətbauat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, yaranan problem texniki səbəbdən baş verməyib:

“Sözügedən stansiyada  sərnişin müdaxiləsi səbəbilə eskalatorun fəaliyyəti dayanıb. Qısa zamanda eskalator fəaliyyəti bərpa edilib. Hazırda heç bir problem yoxdur”.

Həmin görüntüləri təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir