Cəmiyyət

Qayda pozan sürücünün narkotikin təsiri altında olduğu aşkarlanıb

Sharing is caring!

Masallı rayonu ərazisində hərəkətdə olan “Vaz 21074” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini X.Rəhmanlının narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən X.Rəhmanlının narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir