Cəmiyyət

BNA-dan aeroport yolunda baş vermiş qəza ilə bağlı AÇIQLAMA + YENİLƏNİB

Sharing is caring!

Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən mersedes markali minik avtomobili ilə toqquşub. Daşıyıcının verdiyi məlumata görə hadisə nəticəsində avtobuslardakı sərnişinlər arasında xəsarət alan olmayıb. 

Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir. 

21:56

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində azı bir nəfər ölüb, xəsarət alan var.

Ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir