Cəmiyyət Manşetüstü

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

Sharing is caring!

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

XeberAl.az xəbər verir ki, “Loqos” və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin (PXTM ) birgə təşkilatçılığı ilə Prof.Dr. İshak Özkan ilə görüş keçirilib. Görüşdə “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTM-nın icraçı direktoru Leyla Kərimova, “Loqos” un Təlim-Tədris şöbəsinin rəhbəri Günel Axundova, Prof.Dr., Türkiyənin məşhur psixiatrı, Konya Gida və Tarım Üniversitesinin psixologiya bölmünün rəhbəri İshak Özkan, xanımı, türk yazarı Ülkü Taşlıova və gənclər iştirak ediblər. Görüş zamanı qonaq əvvəlcə Mərkəz ilə tanış olub və sonra İshak Özkan hocanın çalışdığı Konya Gida və Tarım Üniversitesinin təqdimatı edilibdir. Daha sonra Azərbaycanda ilk dəfə olaraq Prof.Dr. İshak Özkan “Ailə dəyərləri”, “Ailənin şəxsiyyətin inkişafındakı rolu”, “Əxlaqi dəyərlərin qorunması”, “Sevgi münasibətləri” və “İnsani keyfiyyətlər” mövzularında seminar veribdir. Seminar zamanı bildirilib ki, ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır. Seminar zamanı gənclərin mövzular üzrə sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir