Cəmiyyət

Meymunçiçəyi virusu ölümə səbəb ola bilər? – AÇIQLAMA

Sharing is caring!

“Meymunçiçəyinə yoluxanlar arasında bəzən ölüm faktları da ola bilər”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, ölüm halları daha çox dəri səthindəki səpkilərə müxtəlif bakteriyalar düşəcəyi halda baş verə bilər:

“Həmçinin xəstəliyi çox ağır keçirən şəxslər arasında ölüm halları ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır, bunu da xüsusilə vurğulamaq lazımdır”.

Şöbə müdiri onu da əlavə edib ki, meymunçiçəyi virusunun yayılmış iki alt tipi məlumdur:

“Virusun ilkin olaraq bizə məlum olan Qərbi və Mərkəzi Afrika tipləri var. Bunlardan birinin öldürücülüyü heç 1% olmadığı halda, digərində 6-11% təşkil edir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir