Cəmiyyət

“Caliber” Rusiyasayağı ədalət barədə… – VİDEO

Sharing is caring!

“Caliber” layihəsinin “YouTube” kanalında növbəti süjet yayımlanıb.

Budəfəki videomaterial Rusiya İstintaq Komitəsinin 2021-ci ilin mayın 28-də Novosibirskdə 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi gülllələyən polis əməkdaşı Aleksandr Qusevlə bağlı işə xitam verməsinə həsr olunub.

“Birincisi, 19 yaşlı Abdullayev silahsız idi. İkicisi, polis əməkdaşı həyatına təhlükə olduqda belə, vəziyyəti düzgün qiymətləndirə və qarşı tərəfi başına deyil, ayağına atəş açmaqla zərərsizləşdirə bilərdi”, – deyə süjetdə bildirilib.

Qeyd olunub ki, müstəntiq Qusev həbs olunduqdan dərhal sonra Rusiya mediasında onun hərəkətlərinə bəraət qazandırılması və Azərbaycan diasporunun heç də yaxşı olmayan tərzdə təqdim edilməsi kampaniyasına start verilib.

Daha ətraflı “Caliber”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir