Cəmiyyət

Axşama doğru Bakıda sıxlıq olan küçə və prospektlər – YENİLƏNİB + SİYAHI

Sharing is caring!

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Oxu.Az-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şossesi – “20 Yanvar” dairəsi istiqamətində;

2. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

3. “20 Yanvar” dairəsi;

4. Abbasqulu ağa Bakıxanov küçəsi;

5. Tbilisi prospekti – Hər iki istiqamətdə;

6. Ziya Bünyadov prospekti – Hər iki istiqamətdə;

7. Abdulvahab Salamzadə küçəsi – Hər iki istiqamətdə;

8. “Qələbə” dairəsi sıxlıq;

9. 28 May küçəsi sıxlıq;

10. İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti ilə kəsişməsində;

11. Ağa Nemətulla küçəsi – “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi;

13. Gülarə Qədirbəyova küçəsi;

14. Xətai prospekti – Təhsil Nazirliyinin yanı;

15. Neftçilər prospekti – Kukla Teatrının yanı;

16. Yusif Səfərov küçəsi – “Koroğlu” metro stansiyası istiqamətində.

10:09

Bakıda sıxlıq olan küçə və prospektlərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, həmin küçə və prospektlər aşağıdakılardır:

1. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur;

2. Afiyəddin Cəlilov küçəsində, əsasən Fəzail Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur;

3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur;

4. Heydər Əliyev prospekti – əsas və köməkçi yolda, “Koroğlu” metro stansiyası istiqamətindən başlayaraq, əsasən Bağırov körpüsünün aşağı hissəsini keçdikdən sonra şəhər istiqamətində, eyni zamanda Heydər Əliyev Mərkəzi istiqamətində sıxlıq müşahidə olunur;

5. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur;

6. Bülbül prospektində, “Sahil” metro stansiyasının qarşısı da daxil olmaqla, Xaqani küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur;

7. Şah İsmayıl Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur;

8. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir