Cəmiyyət

“Restaurants by Emin Agalarov”: “Dəniz Mall”da yeni layihələr – FOTO

Sharing is caring!

2022-ci ilin yanvar ayında Emin Ağalarov yenilənmiş “Restaurants by Emin Agalarov” konsepsiyasını təqdim edib. Hazırda bu istiqamət iş adamının biznes-portfelində mühüm yer tutur. Təkcə ötən il fəaliyyətdə olan 58 obyektdən ibarət layihəyə Moskva, Sankt-Peterburq və Bakıda olmaqla daha 7-si əlavə olunub. Bu ilin sonuna kimi 11 qastronomik layihənin açılışı planlaşdırılır ki, onların da əsas hissəsi Azərbaycanda olacaq.

“Restaurants by Emin Agalarov” layihələri bütün fərqliliklərinə baxmayaraq, ümumi təməl üzərində qurulub. Bu maraqlı və aydın konsepsiya, əla mətbəx, mükəmməl xidmət, müxtəliflik prinsipi və biznes məkanlarına diqqət yetirməkdir. Restoranlar müxtəlif təbəqələrdən olan qonaqlar üçün nəzərdə tutulsa da, keyfiyyət həmişə dəyişməz olaraq qalır.

Hazırda Azərbaycanda biznesin genişlənməsi fəal şəkildə davam edir. Yaxın vaxtlarda möhtəşəm “Dəniz Mall” ticarət mərkəzində yay eyvanlı iki restoranın – “Zafferano” və “U Dyadi Maksa” restoranlarının açılışı planlaşdırılır. Hər iki restoran ticarət mərkəzinin birinci mərtəbəsində yerləşəcək.

Qeyd edək ki, zərif italyan sözü olan “Zafferano” dünyanın ən bahalı ədviyyatlarından birinin – zəfəranın adıdır. Nəciblik, özünəməxsusluq həm “kralların ədviyyatı”na, həm də artıq bir neçə ildir ki, Moskvada uğurla fəaliyyət göstərən Emin Ağalarovun eyniadlı restoranının konsepsiyasına xasdır. “Zafferano”nun müasir və lakonik interyeri təbii materiallardan və bol yaşıllıqdan istifadə etməklə, sakitləşdirici rənglərdə hazırlanıb. Menyunun əsasını Bakı mətbəxinin tanış və yeni yeməkləri təşkil edir. Lakin restoranın qastronomik konsepsiyası bununla məhdudlaşmayacaq: Burada Yaponiya və İtaliya bölmələri də olacaq ki, bu da “Zafferano”ya hər səfərin yeni təəssüratlar yaradacağına zəmanət verir.

“U Dyadi Maksa” artıq Moskvada fəaliyyət göstərən istedadlı, iddialı oğlan və qızlar, həmçinin onların valideynləri üçün nəzərdə tutulan unikal musiqili restorandır. Burada mükəmməl uşaq əyləncəsi üçün lazım olan hər şey var: karaoke “döyüş”ləri, aşpazlardan yemək dərsləri, oyunlar və nəhayət, yemək. Restoranın personalı burada demək olar ki, qeyri-mümkün olanı reallaşdırıb. Onlar uşaqları sağlam yeməyin dadlı ola biləcəyinə, valideynlərini isə – düzgün burger və orijinal xəmirlə hazırlanan pizzanın uşaqlar üçün çox uyğun yemək olduğuna inandırmağı bacarıblar.

https://agalarovrest.com

https://t.me/agalarovrest

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir