Cəmiyyət

Qatar vuran kişinin şəxsiyyəti MƏLUM OLDU

Sharing is caring!

Sabirabadda qatar vuran kişinin şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, o, Cəilabad rayonunun Uzuntəpə kənd sakini, 1986-cı il təvəllüdlü Abbasov Elməddin Bəyriş oğludur.

Qeyd edək ki, hadisə ötən gecə Şirvan-Astara dəmiryol xəttinin Sabirabad rayonunun Çiçəkli kənd ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində baş verib. E. Abbasov dəmir yolunu keçərkən onu qatar vurub. Salyan Mərkəzi Rayon Xəstəxanasında həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Fakta bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir