Cəmiyyət manset

Kürdəmirdə şəhid adını daşıyan küçə zibilliyə çevirilib-FOTOLAR

Sharing is caring!

XeberAl.az saytının poçtuna Kürdəmir rayon sakini Zaur adlı şəxs baxımsızlığı əks etdirən fotolar göndərib.Belə ki,rayon sakini bildirir ki, torpaqlarıızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş İsmət İsmayıl oğlu Qayıbov oğlunun adını daşıyan küçədə hərəkət etmək mümkün deyil.Bəzən zibil tullantıları çoxalıb yolun bir hissəsini tutur.Düşünürəm ki, bu şəhidə edilən hörmətsizlikdir.Dəfələrlə rayon kommunal təsərrüfat idarəsinə müraçiyət etsəkdə heç bir nətiçə görülməyib.Sakinlər deyir ki, bir neçə gündür davam edən bu mənzərə onları narahat edir. Zibilliyə küçə itləri yığışır və havalar isti olduqundan ətrafı üfunət iyi bürüyür.Sakinlər deyirlər ki, yayda üfunətdən mənzillərinin pəncərəsini aça bilmirlər. Zir-zibil üst-üstə aylarla yığılıb qaldığından, bura həm də ağcaqanadların məskənidir. Digər tərəfdən də sahibsiz küçə itləri zibilliyi dolandığından hava qaralanda bu yolu keçmək təhlükəlidir.Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.Bir daha bildiririk ki,bu şəhidimizə olan sayqısızlıqdı.Məlumata görə Kürdəmir rayon içra hakimiyyətinin başcısıda bu biyabırçılıqa göz yumur.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir