Cəmiyyət

Sabirabadda qatarın vurduğu şəxs xəstəxanada ölüb – YENİLƏNİB + FOTO

Sharing is caring!

Sabirabad rayonunda qatar piyadanı vurub.

“Report” xəbər verir ki, hadisə bu gecə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, qatar təxminən 35-40 yaşlarında kişini vurub. O, ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyəti müəyyənləşməyib.

Həmin şəxs bu gün saat 17 radələrində xəstəxanada keçinib.

17:02

Bu gün Sabirabadda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi müəyyən etmək mümkün olmayıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisində təxminən 35-40 yaşlarında kişini qatar vurub.

Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Onu tanıyanlardan (012) 590-27-79 və (070) 591-21-23 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.

14:14

Sabirabad rayonunda yolu keçən kişini qatar vurub.

Oxu.Az-ın məlumatına görə, orta yaşlı kişi dəmir yolunu keçən zaman qatar onu vurub. 

Xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir