Cəmiyyət

İlk “Akınçı” Azərbaycana endi – VİDEO

Sharing is caring!

İstanbul Çərkəzköydən havaya qalxan “Bayraktar”lar Gürcüstan üzərindən Azərbaycana doğru yola düşüb.

Bu barədə tədbirin təşkiliatçılarından olan məşhur PUA-ların istehsalçısı “Baykar” müəssisəsinin rəhbəri Selcuk Bayraktar məlumat verib. 

O, ilk “Akınçı”nın Azərbaycana eniş etdiyi anları paylaşıb.

Qeyd edək ki, mayın 26-29-da “Baku Crystal Hall”da və Milli Parkda keçiriləcək “Teknofest” festivalı kosmos, texnologiya və aviasiya həvəskarlarını bir araya gətirəcək.

Dünyanın ən böyük texnologiya festivalı Türkiyədən kənarda ilk dəfə beynəlxalq səviyyədə məhz Azərbaycanda baş tutacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir