Cəmiyyət

Bakıda tullantılardan hazırlanmış əşyaların satış-sərgi yarmarkasından FOTOREPORTAJ

Sharing is caring!

Bu gün “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən növbəti “ATMA-YARAT-SAT” sosial layihəsi çərçivəsində satış-sərgi yarmarkası keçirilib.

Oxu.Az xəbər verir ki, yarmarka “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

Layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunmaqla, satışı təşkil edilib. Əldə olunmuş vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

İkinci dəfə keçirilən “ATMA-YARAT-SAT” adlı sosial layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edib.

“Global Photo Stock”un əməkdaşı yaradıcı insanların toxunuşu ilə lazımsız hesab edilən əşyaların çevrildiyi gözəl sənət əsərlərinin görüntülərini lentə alıb.

Sözügedən fotoları təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir