Cəmiyyət

Metroda daha bir HADİSƏ: Qatarda nasazlıq yarandı, sərnişinlər DÜŞÜRÜLDÜ

Sharing is caring!

“Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarda “Koroğlu” stansiyasında nasazlıq yaranıb.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, köməkçi qatar təyin edilib və metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb.

Qatar hazırda xətdən çıxarılır.

Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.

Qeyd edək ki, bu gün “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda da nasazlıq olub. Qatar “Gənclik” stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss edilib və sərnişinlər düşürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir