Cəmiyyət

Bakı-Sumqayıt yolunda “yüz manat” yağışı: Maşından küçələrə pul səpən şəxs TUTULDU

Sharing is caring!

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü S.Sadıqov Sübhan adlı dostuna məxsus “Opel” markalı avtomobillə Bakı-Sumqayıt yolu ilə hərəkətdə olarkən pəncərədən küçəyə yüz manatlıqlar səpməyə başlayıb.

Bunu görən polis əməkdaşları onu saxlamağa çalışıblar. Lakin S.Sadıqov və dostu polisin qanuni tələbinə məhəl qoymayaraq avtomobillə uzaqlaşmağa çalışıblar. Polislər onları təqib edərək Səbail rayonu Lermontov küçəsində yaxalamağa müvəffəq olublar. Bu zaman Sübhan maşından düşərək qaçsa da, S.Sadıqov yaxalanıb. Avtomobildən xeyli miqdarda saxta manat və dollarlar aşkar edilib.

Çevik Polis Alayının əməkdaşları maşından düşərək qaçan sürücünü Səbail rayonu Teymur Elçin küçəsindəki binalardan birinin blokunda saxlayıblar.

Saxlanılan S.Sadıqov bildirib ki, saxta pulları Nizami küçəsindən 150 ədədinə 15 manat verərək alıb.

Onların barəsində Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol açılıb və məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə səkkiz sutka inzibati həbs cəzası verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir