Cəmiyyət manset

Sürücü iddia edir ki, Göygöl şəhər YPX-nin əməkdaşları ondan 150 AZN rüşvət alıb. FOTO+VİDEO

Sharing is caring!

Göygöl şəhər Yol Patrul Xidmətinin əməkdaşları Şəmkir rayon sakini Əliyev Məhəmməd Əvəz oğlundan 150 manat rüşvət alıb.

XeberAl.az-ın məlumatına görə bu barədə İstixeber.info-ya Məhəmməd Əliyev özü məlumat verib.

Onun sözlərinə görə, 30.05.2019-cu il tarixdə Göygöl şəhəri ərazisində idarə etdiyi VAZ 21015 markalı, 57 BS 496 dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən FORD tranzit markalı, 66 BH 593 dövlət qeydiyyat nişanlı avtomobil vurub. Hadisə yerinə YPX və Sığorta şirkətinin əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra, hər iki avtomobili Göygöl şəhər Dövlət Yol Polis bölməsinə duracağa aparıblar. Orada Əliyev Məhəmməd Əvəz oğlunun idarə etdiyi VAZ 21015 markalı avtomobilin dönmə əməliyyatı zamanı dönmə işığını yandırmadığını bildiriblər. Ə.Məhəmmədə YPX-nin əməkdaşı, polis kapitanı Azər Şabanov bildirib ki, bəs sənə cərimə yazsaq sən sığorta ala bilməyəcəksən. Ona görə sən bizə 200 azn ver  biz sənə cəriməni yazmayaq. Vətəndaşda indi üstümdə pul yoxdur, sabah gətirərəm deyib. Sabah pul ilə birlikdə DYP bölməsinə gələn vətəndaş Əliyev Məhəmmədi Azər Şabanov qarşılayıb. Pulu gətirdiyini soruşduqda vətəndaşda deyib ki, bəs mən o qədər tapa bilmədim, 150 azn tapıb gətirmişəm. Nəhayət əlləri 200 azn-dən üzülən YPX əməkdaşı Azər Şabanov 150 azn-i almaq məcburiyyətində qalır. Vətəndaşa dəyən ziyanı artıqlaması ilə (1553 azn) sığorta tərəfindən ödəniləcəyini bildirib.

Hadisədən bir ay keçməsinə baxmayaraq sığorta şirkəti tərəfindən ödəniləcək məbləği ala bilməyən vətəndaş şirkətə müraciət edir. Sığorta şirkətindən vətəndaşa bildirirlər ki, bu gün sabah sizin hesab nömrənizə 493 azn keçiriləcək. Vətəndaş 493 azn yox 1553 azn olmalı olduğunu şirkət əməkdaşına etirazını bildirəndə, şirkətin əməkdaşı deyib ki, bizə belə yazıblar, bizdə qiymətləndirmişik.

İndi vətəndaş ondan rüşvət alan YPX əməkdaşından şikayətçidir.

Məsələni dəqiqləşdirmək üçün Göygöl şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Azər Şabanovla əlaqə saxladıq. Azər bəy saytımıza vətəndaşın və bizim ona şər-böhtan atdığını bildirdi. “Biz həmin şəxsə kömək etmişik. Ondan pul almamışam. Sizi və həmin şəxsi cənab nazirə məruzə edəcəm” – deyib telefonu qapatdı.

Cənab kapitan nəzərinizə çatdıraq ki, biz heç bir şəxsə iftira və ya şər böhtan atmırıq. Sizin dediyiniz kimi, biz sizə şər atırıqsa, o zaman sual ortaya çıxır.

Vətəndaş Əliyev Məhəmməd Əvəz oğlu dönmə zamanı sayrışan işıqlardan istifadə etmədiyinə görə İXM-nin 329.3 maddəsi ilə niyə 30 azn cərimə yazmamısınız? Vətəndaşın qara qaşına, qara gözünə aşiq olub yazmamısınız? Yoxsa necə?

Məsələ ilə bağlı Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quluyevlə əlaqə saxladıq. Rüfət Quluyev hadisənin tez bir zamanda araşdırılıb ictimaiyyata məlumat veriləcəyini, YPX -nin əmakdaşının özbaşınalığı sübuta yetirilərsə cəzalandırılacağını bildirdi.

Mövzuya qayıdacağıq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir