Cəmiyyət

Metropolitendə şəhid ailələri və müharibə veteranlarına yardım mərkəzi yaradıldı – FOTO

Sharing is caring!

“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) qərarına əsasən, müəssisədə çalışan şəhid ailələrinin üzvləri və müharibə veteranlarına xüsusi qayğı göstərilməsini müntəzəm nəzarətdə saxlayaraq, onların müraciətlərinə operativ və xüsusi həssaslıqla baxılmasını təmin etmək məqsədilə mərkəz yaradılıb.

Qurumdan verilən məlumata görə, bununla əlaqədar 2021-ci il iyunun 6-da bağlanmış üçillik kollektiv müqaviləyə düzəliş və əlavələr edilib.

“Metropolitendə işləyən şəhid ailələrinə və Qarabağ müharibələrinin veteranlarına yardım Mərkəzi”nin Əsasnamə layihəsinin müzakirə olunaraq əlavə və dəyişikliklərlə təsdiq edilməsi, həmçinin mərkəzin idarəetmə orqanı olan İdarə heyətinin seçilməsi məqsədilə sıralarında 336 nəfər Qarabağ müharibəsi veteranlarını və metropolitendə çalışan şəhid ailələrinin üzvlərini birləşdirən Mərkəzin ilk təsis yığıncağı keçirilib.

Yığıncaq iştirakçılarının diqqətinə təqdim edilmiş Əsasnaməyə görə, İdarə heyətinin tərkibinə toplantı iştirakçıları tərəfindən müstəqil iradə ifadəsi ilə seçilən beş nəfərlə yanaşı, həmçinin səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov və MİHİ-nin sədri Arif Mərdanov da daxildir. Mərkəzin idarə heyəti iki ayda bir dəfədən az olmamaq şərtilə toplaşaraq, daxil olmuş müraciətlərə baxmalı və qərar verməlidirlər. Müəssisədə çalışan şəhid ailə üzvləri və veteranlar il ərzində bir dəfə tam tərkibdə toplaşaraq İdarə heyətinin hesabatını dinləməli və qiymətləndirməlidirlər.

Əsasnamə ilə bağlı müzakirələrdən sonra toplantı iştirakçıları İdarə heyətinə 13 nəfərin namizədliyini irəli sürüblər. Könüllü olaraq, dörd nəfər namizədliyini geri götürüb. Yığıncağın ümumi qərarına əsasən, tədbirin gedişi ərzində qalan doqquz nəfərin arasında aparılan müzakirələrdən sonra beş nəfər İdarə heyətinə seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir