Cəmiyyət

Qadınların göz nuru və əl əməyi ilə hazırladıqları məhsullar – Bakıdakı sərgidən FOTOREPORTAJ

Sharing is caring!

“Park Bulvar” Ticarət Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) birgə təşkilatçılığı ilə qadın sahibkarların əl işlərindən ibarət 46-cı “Əl Əməyi, Göz Nuru” satış-sərgisi təşkil olunub.

Oxu.Az xəbər verir ki, sərgidə 100-dən çox qadın sahibkara öz məhsullarını nümayiş etdirmək üçün təmənnasız platforma təqdim edilir və satışlardan əldə olunan gəlir qadın sahibkarların biznesinə dəstək olacaq.

Açılışda rəsmi qonaq qismində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqh çıxış edib, bundan əlavə, müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

“Global Photo Stock”un əməkdaşının sözügedən tədbirdən lentə aldığı görüntüləri təqdim edirik:

FOTO: Firudin Səlimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir