Cəmiyyət

İran hakimiyyəti əhalini çörəklə sınağa çəkir – VİDEO

Sharing is caring!

Ramazan bayramı bitər-bitməz İranda illərdən bəri davam edən sürətli bahalaşma prosesi özünün pik nöqtəsinə çatdı. 

Bu barədə “Azad İran” “You Tube” kanalı məlumat verib.

Zəruri ərzaq mallarının qiymətinin durmadan və dəfələrlə artımı sayəsində əhalinin böyük bir hissəsinin əsas qida mənbəyinə çevrilmiş çörəyin də qiyməti hökumətin qərarı ilə bir günün içində dəfələrlə yüksəldi. 

Bununla da özünü məzlumların və binəsiblərin hamisi kimi təqdim edən İran hakimiyyəti onun yarıtmaz siyasəti nəticəsində mütləq əksəriyyəti yoxsulluq məngənəsində çırpınan əhaliyə əsl şok yaşatdı.

Ölkədə böyük panika və çaxnaşma yaradan bu hadisə hətta rejimin öz təmsilçiləri tərəfindən də anlaşılmaz hal kimi dəyərləndirilib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir