Cəmiyyət

Səhiyyə nazirindən həkimlərlə bağlı yeni ƏMR

Sharing is caring!

Səhiyyə naziri Teymur Musayev “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin, peşə səriştəsinin yoxlanılması, eləcə də müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalayıb.

Oxu.Az xəbər verir ki, əmrə əsasən, müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

Sözügedən imtahanın keçirilməsi qaydası barədə nazirliyin kollegiya qərarının layihəsi bir ay müddətində hazırlanacaq.

İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq Kadr məsələləri üzrə Komissiyaya təqdim ediləcək.

Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir