Cəmiyyət

Həyatını boşa xərcləyən insanlara: Bütün arzulara çatmaq üçün pul lazımdırmı?

Sharing is caring!

Psixoloq Xatirə Səfərova yazır…

Həyatın önəmli dəqiqələrini boşa xərcləyən insanlara aid bir çağrı!

İnsanın depressiyaya düşməsi üçün münbit bir şəraitin yaranması fakt deyil. Bir çox hallarda situativ təşviş pozuntusu (situativ depressiya) həyatınızın bütün rəngini soldura bilən gücə sahibdir. 

Situativ depressiyanın simptomları insandan-insana dəyişir. O, stresli həyat hadisələrinin intensivliyini artıra bilər. Bu stres gündəlik həyatı ciddi şəkildə pozaraq iş keyfiyyətinin aşağı düşməsinə səbəb olur. 

Situativ depressiyanın ümumi əlamətlərinə aşağıdakılar daxildir:

– kədər;
– ümidsizlik;
– normal fəaliyyətlərdən həzz ala bilməmək;
– müntəzəm ağlamaq;
– daimi narahatlıq və stres hissi;
– yuxu pozuntusu;
– iştahasızlıq;
– diqqəti cəmləməkdə çətinlik;
– gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik;
– hədsiz kədər hissi;
– sosial keyfiyyətin aşağı düşməsi;
– işə getmək həvəsinin ölməsi;
– mənfi düşüncələr və ya intihar cəhdləri;
– səbəbsiz aqressiyalar.

İnsan özünü “oxuya bilmədiyi” halda daxili savaşına imza atır. Məhz buna görə də bu fikirlərimi sizinlə paylaşıb sizi xilas yoluna dəvət edirəm. 

Bəli, bütün cavablar beynimizdədir!

Bu gün “mən missiyamı yerinə yetirməliyəm” fikirləri ilə yuxudan oyanan, lakin məqsədinin onu haraya apardığını təyin edə bilməyən insanlar! Zamanı zamana satan və fiziki bədənlərinin məqsədlərini ödəməkdən başqa heç bir tədarük görməyən, hər günə sarılan həyat tərzinin əksinə “dur!” deməyin vaxtı gəlib çatdı. 

“Mindfulness” (meditasiya və digər məşqlərlə inkişaf etdirilə bilən, hazırda baş verən narahatlıqlara diqqət yönəltməyə istiqamətlənmiş psixoloji proses – red.) ilə emosional bədən sənətinə sahib olaraq həyatda baş verə biləcək ən uğurlu həyat tərzinə sahib ola bilərsiniz. 

Emosional bədən bəlli yaşa qədər tapmaca, gizlənpaç oyunları ilə insanın başını qatır, o bir də yuxudan ayılır ki, ideal mənindən deyil, anti-idealından həyata boylanıb günahkarlıq, qınama, qorxaqlıq, gücsüzlük, ümidsizlik, qəzəb, nifrət və ən əsası – paxıllıq hisslərindən boğulur.

Əlində telefon başqalarının həyat tərzini izləməklə illüziya qurub kənardan seyrçi mövqeyində bu dünyaya aid olmadığını boynuna alır. 

İnsana özündən başqa kimsə maraqlı olmamalıdır! 

Düşünürsünüz ki, bütün arzulara çatmaq üçün pul lazımdır? Çox yanılırsınız, çünki puldan öncə insana yuxudan ayılmaq, emosional bədəni ilə tanış olmaq və pulu necə qazanacağının alternativlərini tapmaq, basdırılmış gücünü məşq etdirmək və nəhayət zamanla necə yola getdiyinə diqqət ayırmaq arzuların reallaşmasına birbaşa təsir edir. 

Pul istəyirsənsə – qazanmağı bacaracaqsan, gənc, gözəl qalmaq istəyirsənsə – fiziki bədəninlə dialoq quracaqsan, mənfi fikirlərdən azad olmaq istəyirsənsə – emosional bədən sənətinə sahib olacaqsan. 

“Mindfulness” proqramının təhsilinə sahib ola bilərdiniz, lakin bu fikirlərimi oxuduğunuz zaman içinizdə hansı sözlər səslənirsə, onlar sizə imkan verməz ki, yuxudan ayılıb hərəkətə keçəsiniz. Avtopilot rejimində həyatınıza davam edir və bunun reallıq olduğunu düşünürsünüz! 

Belə deyil, “bəxt”, “tale” deyə nağıllarla yuxulamaqdansa, öz taleyinizi dəyişə biləcək, “mənim taleyim mənim emosional bədənimdə gizlidir” deyib hərəkətə keçməyin zamanıdır. 

Vaxt su kimi axır və ertələyərək özünüzü ona qurban etmisiniz. 

Amma unutmayın, içinizdə “Mən” var!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir