Cəmiyyət

Ermənilər oğurluqdan, Rusiya isə buna göz yummaqdan əl çəkmir – FOTOFAKT

Sharing is caring!

Ermənilər onlara məxsus olmayan maddi nemətləri və mədəni irs nümunələrini özününkü kimi təqdim etmək vərdişlərindən əl çəkmək istəmirlər.

Bədnam qonşularımızın yeni oğurluq faktları Moskvadakı məşhur VDNX sərgi salonunda qeydə alınıb.

Buradakı Ermənistan pavilyonunda saz, tar, ud və kanon kimi alətlər ölkənin qədim milli musiqi alətləri kimi təqdim edilir.

Bu azmış kimi, ermənilər  qondarma “Artsax”ı da unutmayıblar. Belə ki, sərgidə bu brend altında mütəlif növ araqlar nümayiş olunur.

Ermənilərin oğurluqları bir yana, Rusiyanın aidiyyatı qurumlarının buna şərait yaratması və Moskvanın mərkəzi sərgi salonunda baş verənlərə göz yumması qətiyyən anlaşılan deyil.

Ümid edirik ki, tərəfimizdən nümayiş olunan bu qanunsuzluqlara qarşı istər Rusiya səlahiyyətləri, istərsə də YUNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən lazımlı reaksiya veriləcək və məsələ araşdırıldıqdan sonra analoji hallara son qoyulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir