Cəmiyyət

Payızda maska yenidən qayıda bilər? – AÇIQLAMA

Sharing is caring!

“Maska rejimi ləğv olunub. Demək olar ki, tək-tük məhdudiyyətlər qalıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərin ölkədəki karantin rejimi, maskanın ləğvi ilə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı yaxın zamanda ÜST-ün Avropa Bürosunun direktoru ölkəmizdə səfərdə olub:

“Bu məsələ yaxından müzakirə edilib. O öz açıqlamasında qeyd etdi ki, xüsusilə payız aylarında ayıq-sayıq olmaq lazımdır. Şərt o deyil ki, koronavirusla bağlı hər hansı sıçrayış olsun. Koronavirus SARS-CoV2 virusu dəfələrlə sürprizlər göstərib, mutasiyalara uğrayıb. Lakin yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər ehtiyatlı olmağı və gözləməyi tövsiyə edirəm”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir