Cəmiyyət

Aqrotexniki qaydada çətənə yetişdirən şəxs: “Peşmanam” – VİDEO

Sharing is caring!

Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xaçmaz  rayonunun Ləcət kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ruslan Abdurzayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir