Cəmiyyət

Hacıqabulda güclü sel körpünü uçurub – FOTO

Sharing is caring!

Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub.

“Report” xəbər verir ki, bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib.

Kənd sakinlərinin bildirdiyinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında müvəqqəti olaraq əlaqəsi kəsilib.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq həmin əraziyə müxtəlif təyinatlı texnika cəlb edilib, lazımi tədbirlər görülüb. Körpü artıq bərpa edilərək istifadəyə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir