Cəmiyyət

Şəkidə selin zərər vurduğu kəndlə əlaqə təmin edilib – FOTO

Sharing is caring!

Şəkidə kəndlə əlaqə təmin edilib.

“Report” xəbər verir ki, bu gün səhər saatlarından etibarən Cunud kəndindən keçən Qara çayda bərpa işlərinə başlanılıb.

Belə ki, sel sularının yuyub apardığı çay üzərində olan keçidin bərpası üzün əraziyə AAYDA-nin 12 saylı Şəki Yol İstismarı İdarəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Artıq Cunud kəndi ilə Şəki şəhərinə gediş-gəlişi təmin edən Qara çay üzərindəki keçid bərpa olunub və hazırda minik avtomobili və piyadaların hərəkəti üçün heç bir problem yoxdur.

Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, dünən axşam saatlarında Şəkinin Cunud kəndi ərazisindən axan Qaraçay çayına sel gəlməsi nəticəsində kəndlə Şəki şəhərinin əlaqəsi kəsilmişdi.

Dağlardan gələn sel suları Cunud kənd sakini Röyal Nadirova məxsus “VAZ-2106” markalı avtomobili də apararaq yararsız vəziyyətə salıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir