Cəmiyyət

İmişlidə mikroavtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

İmişlidə yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonunun Xəlifəli kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusun “Mercedes” markalı minik maşını ilə toqquşması nəticəsində Beyləqan sakinləri, 1994-cü il təvəllüdlü Quluzadə Allahverdi Mübariz oğlu, 1987-ci il təvəllüdlü Quliyev Rafət İlqar oğlu və Sabirabad rayonunun Qalaqayın kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Akif Musa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Elşən Mehman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir