Cəmiyyət

KTM: “Aprel ayında 20 uşaq zəhərlənib, biri ölüb”

Sharing is caring!

Aprel ayında Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 711 nəfər müraciət edib.

Bu barədə Oxu.Az-a KTM-in Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. 

O bildirib ki, aparılan statistikaya görə, onlardan 124-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb:

“Qəbul olan xəstələrdən 62-si dərmandan, 19-u sirkə turşusundan, 7-si dəm qazından, 1-i göbələkdən, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 13-ü allergik reaksiyadan, 10-u isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 5-ni ilan, 1-ni isə əqrəb sancıb.

Zəhərlənən şəxslərin 54-ü qadın, 6-sı kişi, 20-si uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 124 nəfərdən 8-i (6-sı kişi, 1-i qadın, 1-i uşaq) dünyasını dəyişib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir