Cəmiyyət

Abşeron rayonunda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum oldu

Sharing is caring!

Abşeron rayonunda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışlarları keçirilir. Abşeron Rayon İcra Hakimiyyətinin, YAP Abşeron Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan futbol üzrə rayon birinciliyinin qalibləri məlum olmuşdur. Mini-futbol turnirinin final mərhələsini RİH başçısnın humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev, o cümlədən idman ictimaiyyəti izləmişdir.Final mərhələsində Azərbaycan Respublikasının Dövlət Himni oxunmuş, ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi yad edilmişdir.Masazır kənd 3 nömrəli və Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin komandaları birincik uğrunda mübarizəyə qatılmış, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunda rəqibini 4:0 hesabı ilə məğlub edən Masazırlılar turnirin qalibi olmuşlar.RİH başçısnın humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova bildirmişdir ki, dövlət tərəfindən idmanın kütləviliyinin təmin edilməsi istiqamətində müxtəlif və böyük miqyaslı layihələr icra olunmaqdadır. Ölkədə sağlam nəsilin formalaşdırılması, idman sahəsində böyük nəaliyyətlərin əldə etməsi məhz ulu öndər Heydər Əliyevin memarı olduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və bunun nəticəsində gənclərimiz daha böyük nəaliyyətlər əldə etmişlər. Bu gün Azərbaycan gənci dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur.YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ümummilli Lider idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir.Sonra çıxış edən Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmrəliyev qeyd etmişdir ki, müstəqilliyimiz dövründə respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı, habelə idmanın bütün növləri üzrə qazanılmış uğurların ilbəil artması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.Məlumatüçün bildirək ki, aprelin 22-də başlanan turnirdə Abşeron rayonunun orta məktəblərinin40 komandası 5 qrupa bölünərək mübarizə aparmışlar.Çıxışlardan sonra qalib komandalar mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir