Cəmiyyət

Bakıda 81 yaşlı qadın meyiti TAPILDI

Sharing is caring!

Xətai rayonunda evdən 81 yaşlı qadın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı nazirliyə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Məmmədova Səmayə Bədrəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir