Cəmiyyət

Bakı-Qazax yolunda ağır QƏZA: Maşın aşdı, yaralananlar var – FOTO

Sharing is caring!

Hacıqabul rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini – 1962-ci il təvəllüdlü Orucova Maya Aslan qızı, 1967-ci il təvəllüdlü Orucov Mübariz Cahangir oğlu və 1972-ci il təvəllüdlü Xudaverdiyev Elşən Firudun oğlu xəsarətlər alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir