Cəmiyyət

Azərbaycanda dördgünlük İŞ REJİMİ tətbiq ediləcək? – VARİANTLAR

Sharing is caring!

“İşləyənlərin 65 faizinin əmək müqaviləsi olmadan işləməsi fonunda, dördgünlük iş rejiminin tətbiqi mümkünsüzdür”. 

Bunu Bizim.Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bir sıra ölkələrdə dördgünlük iş həftəsinə keçidlə bağlı müəyyən müzakirələrin getməsi fonunda Azərbaycanda da analoji rejimin tətbiqinin mümkün olub-olmamasından danışarkən deyib: 

“Rəsmi etirafa görə, bu gün Azərbaycanda işləyənlərin cəmi 35 faizi əmək müqaviləsilə işləyir. Yerdə qalan 65 faiz isə əmək müqaviləsi olmadan müxtəlif sahələrdə çalışır. Ona görə də Azərbaycanda hələ həmin 65 faizi qeyri-formal əmək bazarından formal əmək bazarına cəlb etmək problemi var. Bu səbəbdən mövcud vəziyyətdə Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi, dördgünlük iş həftəsi rejiminin tətbiqi mümkün deyil”. 

Bununla belə, həmsöhbətimiz düşünür ki, hansısa özəl qurum sözügedən istiqamətdə şəxsi təşəbbüslər edə bilər və buna görə qanuna dəyişiklik etməyə ehtiyac yoxdur: 

“Hansısa bir şirkət dördgünlük və yaxud dördsaatlıq iş günü tətbiq etsə, heç kim ona heç nə deyə bilməz. Şirkət sadəcə səkkiz saatdan artıq iş tətbiq etsə, 12 saatlıq iş rejimi qoysa, onda qanun işə düşə bilər.

Amma dünyanın heç bir ölkəsində dövlət sektorunda sözügedən istiqamətdə heç bir eksperiment aparılmır. Lakin Avropadakı bəzi kommersiya qurumları işlərini optimallaşdırıb, bəzi işçilərini məsafədən işə keçirməklə kiçik ofislər götürürlər. Yaxud da elə bir sistem qururlar ki, işçi hasilat normasını səkkiz saat əvəzinə dörd saata, yaxud altı gün əvəzinə dörd günə icra edir, ona görə də sonda dördgünlük iş alınır. Azərbaycanda da hansısa biznes qurumu iş həcminin saxlanılması şərtilə xərclərə qənaət etmək üçün bu metoddan yararlana bilər. Heç bir biznes xeyri olmadığı təqdirdə iş saatı və ya iş gününün azaldılmasına getməz”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir