Cəmiyyət

Sumqayıtda avtobus sürücüsünü döyən şəxs SAXLANILDI – FOTO/VİDEO

Sharing is caring!

Sumqayıt şəhərində avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərdə 7 nömrəli marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma başlanılıb. Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir