Cəmiyyət

Quş əti istehsalçılarının milyonlarla manat kreditə ehtiyacı var

Sharing is caring!

Azərbaycanın quş əti və yumurta istehsalçıları ölkədə 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün 40 milyon manata yaxın vəsaitin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kredit şəklində ayırmasını təklif ediblər.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilən məlumata görə, bu məsələyə dair Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli ilə Fondun rəhbəri Osman Xalıyev arasında görüş keçirilib.

Mürvət Həsənlinin sözlərinə görə, qeyd olunan kredit məbləği bir il ərzində geri qaytarıla bilər.

Öz növbəsində Osman Xalıyev Nazirlər Kabinetinin aprelin əvvəlində imzaladığı 109 saylı qərarında minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10%-nin dövlət tərəfindən qarşılanacağını bildirib.

Quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün hesab olunmur. Lakin Fondun rəhbəri bildirib ki, bu məsələ təmsil etdiyi qurumun Müşahidə Şurasının iclasında müzakirəyə çıxarılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir