Cəmiyyət

Xudatda insanlara hücum edən itlər quduzdur? – AÇIQLAMA

Sharing is caring!

Xudatda itlərin hücumuna məruz qalan yaralılara peyvənd vurulub, itlərdən isə nümunələr götürülüb.

Bu barədə Oxu.Az-a açıqlamasında Xudat şəhər icra nümayəndəsi Budaq Əliyev məlumat verib.

Ötən həftə Xudatda səkkiz nəfərin küçə itlərinin hücumuna məruz qalması ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyini deyən icra nümayəndəsi məsələnin qısa zamanda həll olunacağını gözləyir:

“İtlərin hücumuna məruz qalanlar arasında Xudatdan, Qusarçaydan və yaxın kəndlərdən olan sakinlər olub. Küçə itləri ilə bağlı Xudat Şəhər Polis Şöbəsi, eləcə də Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət daxil olub. Bildiyiniz kimi, itləri vurmaq olmaz. Belə olan halda aidiyyəti qurumlar həmin küçə itlərindən nümunələr götürməlidir. Nəticədə əgər qanda quduzluq aşkarlanarsa, qanunvericiliyə əsasən, onlar məhv edilməlidir. Yox quduzluq aşkarlanmazsa, itlər müvafiq sığınacaqlara verilməlidir.

Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi bu məsələ ilə məşğul olur. Nümunələr dünən götürülüb, nəticələr çıxana qədər gözləyirik. Həmin hadisədən sonra başqa bu cür şikayətlər yoxdur. İtlərin hücumuna məruz qalan şəxslər isə peyvənd olunublar”.

Qeyd edək ki, rayon sakinləri Xudat küçələrində gəzən, quduz olduğu ehtimal olunan, boğazında xaltası olan ağ rəngli Qafqaz çoban itinin hücumuna məruz qaldıqlarını deyiblər. Yaralılar hamısı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir