Cəmiyyət

Uşaq bağçalarında YENİ SİSTEM yaradılacaq

Sharing is caring!

“Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir ki, bu göstəricilər ümumilikdə qənaətbəxşdir”.

Bunu “Report”un sualına cavab olaraq təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, uşaq bağçaları arasında yenə də problemli müəssisələr var:

“Lakin bu gün işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmağı planlaşdırırıq. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayını dəqiq bilmək çətinləşir. Düşünürəm ki, yaxın iki-üç ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi, bağçalara da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir