Cəmiyyət

Şəkidə BMW körpüdən aşdı: Xəsarət alan var

Sharing is caring!

Şəkidə avtomobil körpüdən aşaraq çaya düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə Şəkinin İnçə kəndində baş verib. BMW markalı minik avtomobili körpüdən aşaraq çaya düşüb və xilasedici köməyinə ehtiyac yaranıb.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir