Cəmiyyət

Laçında 30 yaşlı gəncin minaya düşərək ölməsi ilə bağlı cinayət işi açıldı – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Laçında fəhlə – 1992-ci il təvəllüdlü Pərvin Salahovun minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, qurumun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaqı aparılır.

10:27

Laçında minaya düşən şəxs vəfat edib.

Oxu.Az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib. 

İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.

Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim Qiyasbəyov faktı Oxu.Az-a təsdiq edib. O bildirib ki, P.Salahov bu gün Dağ Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi bildirilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir