Cəmiyyət

Dalğıc peşəsinə yiyələnmək istəyən gənclərin NƏZƏRİNƏ

Sharing is caring!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə “I-II ixtisaslaşdırılmış iş qrupu üzrə 4-cü dərəcəli istehsalat dalğıcı” peşəsi üzrə şagird qəbulu üçün müsabiqə elan edir.

Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar:

• Azərbaycan Respublikasının vətəndaşı olmalı;

• 29 yaşı tamam olmamalı;

• Minimum tam orta təhsilli olmalı;

• Hərbi bileti olmalı (yararlı).

Əlavə olaraq, iddiaçılar aşağıdakı fiziki göstəricilərə malik olmalıdırlar:

• Boyu minimum 170 sm;

• Çəkisi ən az 65 kq;

• Turnikdə ən az 7 dəfə dartınma;

• Suda 200 metr sərbəst üzmə;

• Suda 4 metr dərinliyə enmə;

• Barakamerada 2 atmosfer təzyiqinə davam gətirmə.

Müraciətlər elektron formada qəbul olunur. Tələb edilən sənədlər və qaydalar haqqında məlumatla www.socar.az internet səhifəsinin “KARYERA” bölməsinin “TƏLİM MƏRKƏZLƏRİNƏ SƏNƏD QƏBULU” keçidi vasitəsilə tanış ola və müvafiq qaydada müraciət edə bilərsiniz.

Qəbul haqqında hər hansı sualı olan vətəndaş [email protected] elektron poçt ünvanına müraciət edə bilər.

Müraciət üçün son tarix: 17 may 2022-ci il.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir