Cəmiyyət

Dilimiz milli-mənəvi sərvətimizdir

Sharing is caring!

Bu gün respublikamızın sürətlə inkişafı Ümummilli liderimiz Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün davamıdır. Onun o dövrlərdə gördüyü işlər Azərbaycan xalqının milli özünüdərki, insanların keçmiş ideoloji sistemin əsarətindən xilas olmağa, Azərbaycan xalqının tarixi yaddaşına qaydışına, milli ruhun yüksəlişinə, Azərbaycan xalqının qəlbində illərdi yığılıb qalmış milli dövlətçilik ideyasının inkişafına qüvvət vermiş və xalqını bugünkü inkişafına zəmin yaratmışdı.
Ümummilli ünsiyyət vasitəmiz, ictimai-siyasi həyatda isə rəsmi statuslu dövlət dilimiz olan Azərbaycan dili xalqımızın milli-mənəvi dəyərlər sistemində, tarixən, ən qiymətli sərvət kimi qorunmuş və zənginləşdirilmişdir. Ana dilimiz də eynilə ana torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu bugünümüzə gətirib çıxarmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşılmış, onların milli mənafedən həlli məsələləri ön planda dayanmışdır. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndərin təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında təsbit olunmuşdur. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Heydər Əliyev qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verirdi, bu yolda bir əsgər kimi mübarizə aparırdı. Onun bu mövzudakı çoxsaylı fikirlərindən birini xatırlayaq: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.
Bütün bunlаrlа birgə qеyd оlunmаlıdır ki, uğurlu milli dil siyаsəti müəyyənləşdirməkdən bаşqа ümummilli lidеr Hеydər Əliyеv özü həm də kаmil nаtiq idi. Оnun hər bir nitqi mükəmməl nаtiqlik sənəti nümunəsi hеsаb еdilə bilər. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu sözləri o şəxs deyirdi ki, ən yüksək təhsilini də rus dilində almışdı, ruscanı rusdan yaxşı bilirdi. Ancaq o öz ana dilini daha yaxşı bilirdi və təsadüfi deyildi ki, onun nitqləri həmişə məzmunlu, sadə və anlaşıqlı olurdu. Bu, əlbəttə ki, ilk növbədə Heydər Əliyevin milli vətəndaşlıq hisslərinin, milli mənlik qürurunun, sevgisinin ifadəsi idi.

Samirə Əmrahova, müəllim

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir