Cəmiyyət

AZƏRBAYCAN COVİD-19-a QARŞI MÜBARİZƏNİN ÖNÜNDƏDİR

Sharing is caring!

Bu Son günlər dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxmalar hələ də insanları narahat etməkdədir. Bir sıra ölkələrdə vəziyyət qeyri-stabil olaraq qalır.

Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda bəyan etmişdir ki, dövlətimiz koronavirus pandemiyasına qarşı sistemli şəkildə mübarizə aparmaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Bundan əvvəl də Prezident öz çıxışları zamanı dönə-dönə bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir. Biz vətəndaşlar bunu hər gün, hər saat aydın görürük. Bu istiqamətdə görülən işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir.

Prezidentin bu dəfəki çıxışı da bölgədə və ölkə xaricində böyük maraq doğurmuşdur. Prezident öz çıxışında göstərmişdir ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Ölkəmiz pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir.

Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Hökumətimiz ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir. Azərbaycanda yanvar ayından etibarən vaksinasiyaya başlanmışdır, bu sahədə ən yüksək səviyyədə iş gedir.

Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,9 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. Bizimçün xoşdur ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonumuzda da peyvəndləmə davam etdirilir. Ümid edirik ki, dövlətimizin gördüyü tədbirlər nəticəsində tezliklə bu bəladan xilas olacağıq.

Azərbaycanın çoxşaxəli humanitar siyasət yürütdüyünü qeyd edən Prezident İlham Əliyev öz çıxışında deyib ki, vətəndaşların həyatının mühafizəsi birinci dərəcəli vəzifədir, bununla bağlı müəyyən edilmiş kurs dəyişməz olaraq qalır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır ki, bu da aparılan siyasətin bəhrəsidir.

Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir. Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət doğma Vətənin tərəqqisi yolunda bizə qol-qanad verir.

Nəsib İsgəndərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir