Cəmiyyət

İŞĞALA SON QOYAN BİRLİYİN VƏ BÖYÜK GÜCÜN NÜMAYİŞİ

Sharing is caring!

Dərin tarixi kökə malik Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünyada birlik, güc nümunəsidir. Bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığı bugünümüzün reallıqlarından daha aydın görünür. Atılan hər bir addımda, irəli sürülən təşəbbüslərdə, reallığa çevrilən layihələrdə bu birliyin təzahürlərini görür və bundan qürur hissi keçiririk. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın dediklərini dinlədikcə qəlbimizdə belə təəssürat yaranır ki, Türkiyə əməkdaşlıq mənafeləri və beynəlxalq hüquq tələbləri çərçivəsində bütün addımları gələcəkdə də atacaq. Geridə qalmış otuz ildə Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazancla çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bəllidir. İşğal altındakı həmin torpaqlar otuz il sonra yenidən sahiblərinə qovuşacaqdır. Həmçinin, Türkiyə bölgədə yeni reallığa uyğun olaraq əməkdaşlıq perspektivlərinin açılmasına çox maraqla baxır və bu perspektivlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazırdır.
Bu,bir xalq kimi gücümüzü daha da gücləndirəcək, ölkəmizin dünya birliyində mövqeləri möhkəmlənəcək, beynəlxalq siyasi-iqtisadi əlaqələrimiz daha da genişlənəcəkdir. Bu istiqamətdə iki qardaş xalqa, dövlətlərimizin başında duran liderlərimizə uğurlar diləyirik. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana yeni səfəri, Füzuliyə gəlməsi, Ağbəndə yollanması, açılışlarda və təməlqoyma mərasimində birmənalı bəyanatlar səsləndirərək Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında dayandığını bildirməsi ölkəmizin gücünə güc qatdı.
Beləliklə, Azərbaycan və Türkiyə bölgədə sülh və sabitlik üçün birgə addımlayır, region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr reallaşdırır: Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Milli Məclisdə çıxışı bildirdiyi kimi, 44 günlük Vətən müharibəsində qazanılmış zəfər Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaq. Bununla da region ölkələrinin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq birliyi meydana çıxacaq”. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi də bölgəyə rahatlıq və zənginlik gətirəcək.
Cənab Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaq və Azərbaycanın Zəfəri hər kəsin ortaq zəfərinə çeviriləcək. İşğaldan azad olunmuş torpaqlarda artıq bərpa, yenilənmə, canlanma başlayıb. Dünyanın güclü dövlətlərinin şirkətləri Qarabağda müxtəlif işlər həyata keçirir, infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri reallaşdırırlar. Qardaş Türkiyənin də şirkətləri iri layihələrdə yer alıb, Qarabağın cənnətə çevrilməsi prosesində yaxından iştirak edirlər. Qardaş Türkiyə həm də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında da yaxından iştirak edəcək. Bir sözlə, Qarabağ artıq müharibə deyil, inkişaf, əməkdaşlıq, təhlükəsizlik bölgəsinə çevriləcək. Alqış bu birlik və qardaşlığa!
Vüqar Ca

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir