Cəmiyyət

Güvənc Türkmən yazır: Gənclərmizə sahib çıxaq,onları vətənləri ilə fəxr etdirək

Sharing is caring!

Bir ölkənin ən böyük silahı ən böyük gücü həmin ölkənin savadlı,əxlaqlı,vicdanlı,dürüst və ən əsasıda vətənpərvər GƏNCləridir!

Şərq ölkələrini xarabaya çevirən, beyinləri xain xarici kəşfiyyat tərəfindən yuyulan ”gənclər” idi.

Osmanlı imperiyasını bitirəndə xain ”gənclər” idi.

Amma Yaponyanı,Almaniyanı,İsrailidə və.s digər super güc ölkələri dünyada super gücə çevirənlərdə GƏNClərdir.

Gənclərmizə sahib çıxaq,onları vətənləri ilə fəxr etdirək.İmtiyazlar tanıdaq,uşaq pulu verək,oxudaq,sosial yönümlü yardımlar edək,gənc ailələrə ev,maşın verək.Onlar vətəndən qaçmaq üçün yox,yaşamaq yaşatmaq üçün can atsınlar.
Dəfələrlə marketlərdə vəya hər hansı alışveriş mərkəzlərində gənc ailələrin öz uşaqları qarşısında,uşaqların istəklərini qarışlaya bilməyəndə necə əzildiklərini görəndə çox pis oldum,pis oluram.Məndə bu çətinlikləri çox yaşamışam,yaşamağada davam edirəm.

Unutmayaq, Cənab Prezidentimiz,müzəffər ali baş komandamız İlham Əliyevin dediyini.Dedi ki, Qarabağı mənim dövrümdəki vətənpərvər ruhda böyümüş gənclər işğaldan azad elədi.
indi bizdə həmin Qarabağı alan gənclərin hər birinə yuxarıdakı imtiyazları verək,onları yaşadaq.Ola bilsinki iştirak edib qazı,yaralı,şəhid deyil amma bu o demək deyil ki,diqqətdən kənar qalmalıdırlar.Bəli hər bir vətandaşın sosial məsuliyyəti,vətəndaşın müqəddəs borcu vətənini qorumaq və canını qurban verməkdir.Amma vətən də, onları öz parçası,öz torpağı,öz daşı olduğunu onlara aşılasın.

Gənclər Dövlətin sütunlarıdır.Laxlasa,çatlasa,dağılsa Dövlət də çox ziyan görər!

Mirzəxanov Güvənc Məhəmmədmurad oğlu.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir