Cəmiyyət

Gorus-Qafan yolunda vəziyyət necədir?

Sharing is caring!

“Gorus-Qafan yolunda vəziyyətin sakit olduğu müşahidə edilir”.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bunu Gorus merinin müavini Karo Koçaryan jurnalistlərə deyib.

Onun sözlərinə görə, sözügedən yolda həyəcan doğuran heç bir hal yoxdur. 

“Azərbaycanlılar Gorus-Qafan yolunun onların nəzarətində olan hissəsində inşaat işlərini davam etdirirlər”, – deyə K.Koçaryan qeyd edib.

Qeyd edək ki, son zamanlar İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir